Gədəbəy rayon sakini N.Məmmədov dağdan yıxılaraq xəsarət alması nəticəsində ölmüşdür
29.05.2011Gədəbəy rayonunun "Ala cəhrə" adlandırılan ərazisində, Əmiraslanlı kənd sakini Nəriman Məmmədov mal-qara otararkən ehtiyatsızlığından dağdan yıxılaraq xəsarət almışdır. Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov orada ölmüşdür.