Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.05.2011Saat 18.50 radələrində Qəbələ rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Nic qəsəbə sakini İkram Muradov vurulmuşdur. Xəsarət almış İ.Muradov xəstəxanaya yerləşdirilmiş vəziyyəti qənaətbəxşdir. Araşdırmalar zamanı hadisənin "Hyundai Tucson" markalı avtomaşının sürücüsü Həmzəlli kənd sakini Qasım Qasımov tərəfindən törədilməsi müəyyən edilmişdir.