Quldurluq etmiş cinayətkar qrupun digər üzvləri Fəqan Saydilov və Xırdalan şəhər sakini Niyazi Heydərov tutulmuşdur
25.05.2011Mayın 23-də Kamran Cəlilovun əl-qolunu bağlayaraq cibindəki açarı götürərək onun yaşadığı evə gedib, oradan 300 manat və 2000 manat dəyərində qızıl əşyalarını aparmış cinayətkar qrupun digər üzvləri - daimi yaşayış yeri olmayan Fəqan Saydilov və Xırdalan şəhər sakini Niyazi Heydərov Abşeron RPŞ əməkdaşları tərəfindən tutulmuşlar. F.Saydilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Vahid Mikayılovla birgə, Xırdalan şəhər sakini Ələddin Sultanovun evindən 3739 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən edilmişdir.