Avtomaşın qaçırmış Bakı şəhər sakini Anar Kərimov saxlanılmışdır
23.05.2011Mayın 24-də saat 06.45 radələrində Bakı şəhər sakini Bəxtiyar Əliyevə məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhərinin kameralarının görüntüləri vasitəsi ilə həmin gün saat 15.40 radələrində avtomaşının Xətai rayonu ərazisində hərəkətdə olması aşkar edilmiş və müvafiq tədbirlər görülməsi üçün "102" Zəng Mərkəzinə məlumat verilmişdir. Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində həmin gün saat 19.30 radələrində avtomaşın onu qaçırmış Bakı şəhər sakini Anar Kərimov ilə birgə saxlanılmışdır.