İmişli rayonunun Mirili kənd sakinləri Rufulla Qasımov və qardaşı Məcidi elektrik cərəyanı vurmuşdur
23.05.2011İmişli rayonunun Mirili kəndi ərazisində, kənd sakinləri 13 yaşlı Rufulla Qasımov və qardaşı 12 yaşlı Məcid balıq ovundan qayıdarkən əllərindəki qarmaq 10 kilovatlıq elektrik naqilinə toxunmuşdur. Nəticədə Rufulla orada ölmüş, Məcid isə yanıq xəsarəti ilə xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.