Gün ərzində 39 cinayət faktı qeydə alınmışdır
14.05.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
- 1 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.