Avtomaşınlardan oğurluq etmiş şəxslərin digər cinayət əməlləri də müəyyən edilmişdir
14.05.2011Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəmbər Verdiyevə və Elçin Şükürova məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Nadir Ağazadə, Elman Qasımov, Samir Şahbazov, İlkin Həsənov, Rəşad Bayramlı və onun qardaşı Elməddin tutulmuşlar. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin aprel ayı ərzində Qaraçuxur qəsəbə sakinləri Rəhim Allahyarova məxsus köşkdən tütün məmulatları və sənaye malları, Emin Quliyevə məxsus "Mercedes" markalı avtomaşından 1 ədəd mobil telefon və 2 ədəd yaddaş kartı və may ayının 13-də Tahir Məmmədovun evindən 50 metr uzunluğunda elektrik naqilini oğurlamaları da müəyyən edilmişdir.