Bakı şəhər sakini Ramin Muradova məxsus avtomaşını qaçırmış və yol-nəqliyyat hadisəsini törətmiş Rəsul Ələsgərov tutulmuşdur
31.07.2006İyunun 30-da, naməlum şəxs Bakı şəhəri Ə.Əhmədov küçəsindən Bakı şəhər sakini Ramin Muradova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmış və M.Qaşqay küçəsində, şəhər sakini Əyyub Hümbətovun idarə etdiyi "Mercedes" markalı avtomaşına vurmuşdur. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomaşını qaçırmış və yol-nəqliyyat hadisəsini törətmiş Bakı şəhər sakini Rəsul Ələsgərov tutulmuşdur.