Lerik rayonunun Hamar Meşə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.05.2011Saat 10.00 radələrində Lerik rayonunun Hamar Meşə kəndi ərazisində Anburdərə kənd sakini Ağazahid Mirzəyev "VAZ-2103" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini Əlizadə Əliyev hadisə yerində ölmüş, xəsarət almış A.Mirzəyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.