İman Həşimova məxsus 1 baş inəyi oğurlamış Ağsu şəhər sakinləri Eldəniz Qənbərov və Kənan Cəbrayılov tutulmuşlar
09.05.2011Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də İman Həşimova məxsus 1 baş inəyi oğurlamış Ağsu şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Eldəniz Qənbərov və Kənan Cəbrayılov tutulmuşlar. Aparılmış əməliyyat tədbirləri nəticəsində onların Məmmədağa Həşimova və Eldar İsrafilova məxsus inəkləri də oğurlamaları müəyyən edilmişdir.