Haсıqabul rayonu ərazisindəki Qaz Saxlama Stansiyasında qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır
30.04.2011Mayın 1-də saat 13.45 radələrində Haсıqabul rayonunun Atbulaq kəndi ərazisindəki "Kalmaz" Qaz Saxlama Stansiyasında qaynaq işləri aparılarkən partlayış baş vermişdir. Nəticədə orada işləyənlər Adil Bəşirov ölmüş, Anar Tərlanov, Vaqif Şəfiyev və Babək Qayıbov isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.