Siyəzən şəhər sakini Elçin Əsgərova bıçaqla xəsarət yetirmiş Abdulla Mehdiyev tutulmuşdur
20.04.2011Aprelin 20-də Siyəzən şəhəri ərazisində, şəhər sakini Abdulla Mehdiyev münaqişə zəminində həmyerlisi Elçin Əsgərova bıçaqla xəsarət yetirmişdir. Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Mehdiyev tutulmuşdur.