Qusar rayon sakini Ş.İmanquliyev rayonun Kommunal Müəssisələri Kombinatının inzibati binasından oğurluq etdiyinə görə tutulmuşdur
18.04.2011Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də rayon Kommunal Müəssisələri Kombinatının inzibati binasından 1 ədəd elektrik sobası, 2 ədəd telefon aparatı oğurlamış və oradakı sənədlərin bir qismini yararsız hala salmış Xucbala kənd sakini Şahəddin İmanquliyev tutulmuşdur.