Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Odxan Abdullazadə və Xırdalan şəhər sakini Aydın Abbasov tutulmuşlar
17.04.2011Aprelin 18-də Yasamal rayonu H.B.Zərdabi küçəsində Faiq Eyvazova yaxınlaşmış 2 naməlum şəxsdən biri onu boğmağa, digəri isə cibindəki pulu çıxarmağa cəhd göstərmişlər.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Odxan Abdullazadə və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Abbasov tutulmuşlar.
O.Abdullazədinin və A.Abbasovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların aprelin 17-də A.Şərifzadə küçəsində Bakı şəhər sakini Asif Əsədova qarşı zor tətbiq edərək ondan 95 manat, aprelin 18-də isə H.B.Zərdabi küçəsində Sumqayıt şəhər sakini Vasif Rzayevin idarə etdiyi "TOFAŞ" markalı avtomaşına sərnişin qismində oturduqdan sonra ona qarşı zor tətbiq edərək içərisində şəxsi sənədləri və mobil telefonu olan pul kisəsini götürərək qaçmaları da müəyyən edilmişdir.