Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Seyfulla Qafarov və Elvin Musayev tutulmuşlar
11.04.2011Aprelin 12-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Cəmil Sevdimalıyevə məxsus mağazaya gəlmiş 4 naməlum şəxs oradan 1 ədəd spirtli içkini götürüb pulunu ödəmədən gedərkən C.Sevdimalıyev tərəfindən saxlanılmışlar. Bu zaman onlardan biri C.Sevdimalıyevi bıçaqla hədələmiş və ona məxsus "Toyota" markalı avtomaşının təkərini deşmişdir.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən 2-si - Bakı şəhər sakinləri Seyfulla Qafarov və əvvəllər məhkum olunmuş Elvin Musayev tutulmuş, digərlərinin tutulması üçün tədbirlər davam etdirilir.