DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.04.2011

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbə sakinləri Kənan Aslanovdan 0,216 qram, Samir Əliyevdən 0,228 qram və  Tərlan Vəlicanovdan 0,161 qram heroin götürülmüşdür.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində K.Aslanovun, S.Əliyevin və T.Vəlicanovun narkotik vasitəni Corat qəsəbə sakini,  əvvəllər məhkum olunmuş Hacıgözəl Ağagülovdan almaları müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağagülov tutulmuş, ondan 0,159 qram, evinə baxış zamanı isə əlavə 510 qram heroin  aşkar edilərək götürülmüşdür.

10.04.2011 tarixinə olan kriminal məlumatlar