DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Zülfüqar Əlizadə tutulmuşdur

09.04.2011

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Balaxanı qəsəbə sakini Oqtay Məmiyevə məxsus mağazadan 27 manat oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Zülfüqar Əlizadə tutulmuşdur.
Z.Əlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, aprelin 8-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisində qəsəbə sakini Vüqar Mustafayevə məxsus mağazadan pəncərəni sındırmaq yolu ilə 250 manat və danışıq kartlarını da oğurlaması müəyyən edilmişdir.

09.04.2011 tarixinə olan kriminal məlumatlar