DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
20.07.2006Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Səlimovdan 0,257 qram və İsmayıl Muradovdan 0,221 qram, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Muradovdan 0,224 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Ağamalıyevdən 6,14 qram marixuana, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Valeriy Panamaryovdan 0,506 qram tiryək, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, 1-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş Ramin Ağammədovdan 515 qram heroin götürülmüşdür. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Göyşaban kənd sakini Məzahir Həbibovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1 kiloqram olan 23 ədəd kənaf kolu aşkar edilərək götürülmüşdür. M.Həbibovun evinə baxış zamanı 2,52 qram marixuana aşkar eidlərək götürülmüşdür. Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qarayazı qəsəbəsi ərazisində 1,8 hektar sahədə yabanı halda bitmiş, çəkisi 5070 kiloqram olan 3380 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.