Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayonunun Şambul kənd sakinləri Murad Mollayevi və Şamil Amalovu avtomat silahdan atəş açaraq yaralamış Məhəmməd Qədirov tutulmuşdur

02.04.2011

Aprelin 2-də Balakən rayonunun Şambul kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Qədirov münaqişə zəminində avtomat silahdan atəş açaraq həmkəndliləri Murad Mollayevi və Şamil Amalovu yaralamışdır.
Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Qədirov tutulmuş, ondan 1 ədəd "AKS" silahı götürülmüşdür.