Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN-in "102" Zəng Mərkəzinə yalan məlumat vermiş şəxs saxlanılmışdır

02.04.2011

Aprelin 3-də saat 15.48-də özünü Pirəli Abdullayev kimi təqdim edən şəxs DİN-in "102" Zəng Mərkəzinə zəng edərək "Lənkəranda partlayış olacaq", saat 15.55-də isə təkrar zəng edərək "Kicəbədə partlayış olacaq" deyərək telefonu qapamışdır.
Məlumat DİN-in Növbəti Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin məlumat təsdiqini tapmamışdır.  
Aparılmış araşdırmalar zamanı zəng edərək bilərəkdən polisə yalan məlumatı verənin Astara rayonunun Xışəco kənd sakini, 16 yaşlı P.Ə. olması müəyyən edilmişdir.
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Ə. saxlanılmışdır.