Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Elçin Məmmədov tutulmuşdur

02.04.2011

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə axtarışda olan Elçin Məmmədov tutulmuşdur.
E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində  onun 2010-cu ilin dekabr ayında Binəqədi qəsəbəsində, qəsəbə sakini İmran Mustafazadəyə məxsus mağazadan 300 manat, 3 ədəd mobil telefon və danışıq kartlarını oğurlaması, Biləcəri qəsəbə sakini Vüsal Ələkbərovun isə etimadını qazanaraq ondan 1.200 manat alması müəyyən edilmişdir.