Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Aşağı Öysüzlü kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

23.02.2011

Fevralın 23-də saat 17.30 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndinin ərazisində Elvin Atakişiyevin idarə etdiyi "VAZ-2107" markalı, Aşağı Öysüzlü kənd sakini Eşqin Orucovun idarə etdiyi "Mercedes" markalı və Qovlar qəsəbə sakini Xaliq Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Atakişiyevin sərnişini Ramin Cəbrayılov hadisə yerində ölmüş, xəsarət almış E.Atakişiyevə və digər sərnişinləri Nuru Zeynalova, Əliheydər Şükürova, Nemət Hacıyevə, Abbas Bayramova, habelə E.Orcova və onun sərnişini Müşgünaz Ağayevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.