Bakı-Qazax yolunun Ucar rayonu Qarabörk kəndi ərazisində yol-qəza hadisəsi
16.07.2006Saat 14:30 radələrində, Bakı-Qazax yolunun Ucar rayonu Qarabörk kəndi ərazisində, Qazyan kənd sakini Qubad Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı və Qaracallı kənd sakini Abusət Qasımovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Q.Rəhimov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, bacısı Hicran, həmkəndliləri İlhamə, Zamiq və Fatimə Rəhimovlar xəstəxanaya yerləşdirilmişlər. Hicranın vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.