Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Civə satdıqlarına görə tutulmuş qrupun üzvü Səməd Mövlamovun həyətinə baxış zamanı əlavə olaraq 110 kiloqram civə aşkar edilərək götürülmüşdür

31.01.2011

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən civə satdıqlarına görə tutulmuş  Vüqar Heydərovun, Emin Dadaşovun və Səməd Mövlamovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Gəncə şəhərində  yaşayan Famil Qasımova civə satmaları müəyyən edilmişdir.
BMCMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  F.Qasımov tutulmuş, ondan 5 kiloqram civə götürülmüşdür.
Həyata keçirilmiş tədbirlər nəticəsində S.Mövlamovun həyətinə baxış zamanı əlavə olaraq 110 kiloqram civə aşkar edilərək götürülmüşdür.

31.01.2011 tarixinə olan kriminal məlumatlar