Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhərindəki "Hüseyniyyə" məscidinin qarşısından nəzir qutusunu oğurlamaqda şübhəli bilinən şəxslər tutulmuşlar

31.01.2011

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 22-də "Hüseyniyyə" məscidinin qarşısından nəzir qutusunu oğurlamaqda şübhəli bilinən Sütəmurdov kənd sakinləri Fərahim Vəliyev, Tural İsmayılov və Aleksandr Qaraqulya tutulmuşlar.
T.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, yanvarın 26-da A.Qaraqulya ilə birgə "Baba Rəhman" ziyarətgahından, yanvarın 27-də isə F.Vəliyevlə birgə Aşağı Nüvədi qəsəbəsindəki məscidin qarşısından nəzir qutusunu oğurlamaları da müəyyən edilmişdir.

31.01.2011 tarixinə olan kriminal məlumatlar