Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini S.Səbzəliyevanın torpaq sahəsindən oğurluq etməkdə şübhəli bilinən N.Muradova tutulmuşdur

31.01.2011

Yanvarın 28-də Bakı şəhər sakini Südabə Səbzəliyeva Binəqədi RPİ 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 2010-cu ilin  sentyabr ayının 15-dən dekabrın 15-dək olan müddət ərzində Biləcəri qəsəbəsindəki torpaq sahəsindən Nailə adlı şəxs tərəfindən 50 ədəd beton arakəsmənin oğurlanması barədə məlumat vermişdir.
Bİnəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nailə Muradova tutulmuşdur.

31.01.2011 tarixinə olan kriminal məlumatlar