Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sürücü S.Babayevi bıçaqla hədələyərək 69 manat pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əhmədov tutulmuşdur

25.01.2011

Yanvarın 23-də saat 15.00 radələrində Sumqayıt şəhəri Sülh küçəsində naməlum şəxs şəhər sakini Sahil Babayevin idarə etdiyi "VAZ-2109" markalı avtomaşına sərnişin qismində oturub Corat qəsəbəsinə gedəcəyini bildirmişdir. Corat qəsəbəsi ərazisində həmin şəxs S.Babayevi bıçaqla hədələyərək 69 manat pulunu almışdır.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Raul Əhmədov tutulmuşdur.

25.01.2011 tarixinə olan kriminal məlumatlar