Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Albalılıq bağ sahəsindən qaçırılmış "Mercedes" markalı avtomaşının Maştağa-Buzovna şosesində "Daewoo" markalı avtobusla toqquşması nəticəsində 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır

25.01.2011

Yanvarın 25-də saat 21.05 radələrində Sabunçu rayonu Albalılıq bağ sahəsindən, orada yaşayan Ramin Hüseynova məxsus "Mercedes" markalı avtomaşın qaçırılmış və Maştağa-Buzovna şosesində idarə edilərkən Bakı şəhər sakini Sərdar Nəbiyevin idarə etdiyi "Daewoo" markalı avtobusla toqquşmuşdur. Nəticədə "Mercedes" markalı avtomaşında olan 2 nəfər hadisə yerində ölmüş, S.Nəbiyevin xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Qiyamət Dadaşova, Kimya Hüseynova, Xuraman Ağayeva və Zahidə Kərimova isə xəstəxanaya yerləşdirilmişlər.
X.Ağayevanın və Z.Kərimovanın vəziyyətləri qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Sabunçu RPİ əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində "Mercedes" markalı avtomaşında ölənlərin Şirvan şəhər sakini Elçin Niftəliyev və Göyçay rayon sakini Coşqun Muradov olmaları müəyyən edilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

25.01.2011 tarixinə olan kriminal məlumatlar