Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Həmkəndlisi A.Abuşova ov tüfəngindən atəş açaraq xəsarət yetirmiş Masallı rayon sakini M.Cəfərov tutulmuşdur

30.12.2010

Dekabrın 30-da saat 22.30 radələrində Masallı rayonunun Təklə kəndi ərazisində kənd sakini Mirzə Cəfərov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Abuhüseyn Abuşova xəsarət yetirmişdir.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərov tutulmuş və hadisəni törədərkən istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülmüşdür.