Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi qəsəbəsi ərazisində "MAN" və "QAZ-3302" markalı avtomaşınlar toqquşmuşdur

30.12.2010

Dekabrın 30-da saat 16.50 radələrində paytaxtın Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Şirhüseyn Mayılovun idarə etdiyi "MAN" markalı və Masallı rayon sakini Vüsal Qafarovun idarə etdiyi "QAZ-3302" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və V.Qafarovun sərnişini, həmyerlisi Şahin Qafarov xəstəxanaya yerləşdirilmişlər. Ş.Mayılova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, V.Qafarovun vəziyyəti ağır, Ş.Qafarovun vəziyyəti isə qənaətbəxşdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.