Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şamaxı rayonu ərazisində "VAZ-2107" markalı iki avtomaşın toqquşmuşdur

30.12.2010

Dekabrın 30-da saat 12.30 radələrində Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində Cabanı kənd sakini Cavanşir Mütəllimovin idarə etdiyi "VAZ-2107" markalı və Sumqayıt şəhər sakini Natiq Mürşüdovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və C.Mütəllimovun sərnişini, həmkəndlisi Münasib Bədəlov xəstəxanaya yerləşdirilmişlər. N.Mürşüdov orada ölmüşdür.
Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.