Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonu ərazisində "QAZ-31" və "Daewoo-Nexia" markalı avtomaşınlar toqquşmuşdur

30.12.2010

Dekabrın 30-da saat 11.00 radələrində Qobustan rayonu ərazisində Şamaxı şəhər sakini Rauf Kərimovun idarə etdiyi "QAZ-31" markalı və Sumqayıt şəhər sakini Xanlar Valehovun idarə etdiyi "Daewoo-Nexia" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Kərimovun sərnişini Hafiz İmanov, habelə X.Valehov və onun sərnişinləri, Oğuz rayon sakinləri Yalçın Kərimov, Rəşid İsmayılov, Dəyanət Ramazanov, onu arvadı Rəşidə və oğlu Cəsarət hadisə yerində ölmüş, xəsarət almış R.Kərimov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.