Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisindəki göldə Göyçay rayon sakini K.Həsənovun meyiti tapılmışdır

30.12.2010

Dekabrın 29-da saat 15.01-də Təhmasib və Yusif adlı şəxslər polisə  zəng edərək 2 gün əvvəl itkin düşmüş dostu Kənan Həsənovun meyitinin üzərində xəsarət izləri ilə Abşeron rayonu ərazisindəki göldə tapılması barədə məlumat vermişdir.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbəsindəki göldə tapılan, üzündə və diz nahiyələrində sıyrıqları olan şəxsin Göyçay rayon sakini Kənan Həsənov olduğu müəyyənləşdirilmişdir.
Aparılmış araşdırmalar zamanı dekabrın 27-də Bakı-Sumqayıt yolunun 22-ci km-də K.Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşını maenəyə vurması, sonradan sərnişini, həmyerlisi Fariz Əliyevlə birgə avtomaşından düşərək gölə tərəf getmələri, F.Əliyevin yıxılaraq huşunu itirməsi, K.Həsənovun isə ölməsi müəyyən edilmişdir. Araşdırma nəticısində həmçinin K.Həsənovun avtomaşını idarə edərkən 6-7 ədəd "Baklosan" həblərini qəbul etməsi müəyyənləşdirilmişdir.