Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə-Tərtər yolunun Bərdə rayonu Yeni Daşkənd kəndi ərazisində yol-qəza hadisəsi

10.06.2006

Saat 17:00 radələrində, Bərdə-Tərtər yolunun Bərdə rayonu Yeni Daşkənd kəndi ərazisində, Tərtər rayon sakini Vidadi Abdullayevin idarə etdiyi "VAZ-2103" markalı və Şəmkir rayon sakini Adil Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə V.Abdullayevin sərnişini, həmyerlisi Fəxrəddin Şükürov hadisə yerində ölmüş, xəsarət almış A.Məmmədovun sərnişini, arvadı Sevda isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.