Yasamal rayonu ərazisində N.Əhədovaya qarşı zor tətbiq edərək qızıl sırğasını ondan almağa cəhd göstərmiş Ə.Hüseynov tutulmuşdur
03.10.2010 Oktyabrın 4-də saat 16.00 radələrində Yasamal rayonu ərazisindəki A.Şərifzadə küçəsi, ev 126-nın girişində naməlum şəxs orada yaşayan Nəzrin Əhədovaya qarşı zor tətbiq edərək qızıl sırğasını ondan almağa cəhd göstərmiş, lakin Nəzrin səs-küy saldığından həmin şəxs hadisə yerindən qaçmışdır.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əliağa Hüseynov tutulmuşdur.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əliağa Hüseynov tutulmuşdur.