Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.09.2010Saat 21.00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində, qəsəbə sakini Vüqar Cərullayev "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Tərtər rayon sakini Arif Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə V.Cərullayevin sərnişini Rəşid Fətullayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Elməddin Cərullayev isə xəstəxanaya yerləşdirilmişdir.