Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonu ərazisində qətl hadisəsi baş vermişdir

08.09.2010

Sentyabrın 9-da saat 18.30 radələrində İsmayıllı rayonu ərazisində “Mazda ÇX-9” markalı və “QAZ-53” markalı avtomaşınların sürücüləri, rayon sakinləri Sərdar Aslanov ilə Ehtiram İsmayılov arasında bir-birinə yol verməmələri ilə əlaqədar münaqişə baş vermişdir. Bununla əlaqədar S.Aslanov qardaşları Bəxtiyar və Raminlə birgə E.İsmayılovun yaşadığı evə gəlmişlər. Bu zaman E.İsmayılov ov tüfəngindən atəş açaraq S.Aslanovu, Ramin və Bəxtiyar isə bıçaqla E.İsmayılovu və onun qardaşı Kamranı qətlə yetirmişlər.
İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəxtiyar və Ramin tutulmuşlar. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.