Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

08.09.2010

Sentyabrın 8-də saat 20.35 radələrində Hacıqabul rayonu ərazisində, rayon sakini Oqtay Cəfərovun idarə etdiyi “Mercedes” markalı və Samux rayon sakini Fərzəli Musayevin idarə etdiyi “VAZ-21093” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.Musayevin sərnişinlərindən Bakı şəhər sakinləri Səlim Quliyev və onun arvadı Sulduzə hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, Bakı şəhər sakinləri Bəyaz Musayeva, Həqiqət Musayeva, Musa Quliyev və onun bacısı Könül, habelə O.Cəfərov və sərnişini, Hacıqabul rayon sakini Qənimət Babayev isə xəstəxanaya yerləşdirilmişlər.
B.Musayevaya, H.Musayevaya, M.Quliyevə və Könülə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.