Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Samux rayon sakini DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdır

06.05.2010

Binəqədi rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Samux rayon sakini Abil Hüseynov evində qanunsuz olaraq küstar üsulla spirtli içkilər hazırlayaraq satdığına görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdır.
Əməliyyat-axtarış qrupunun A.Hüseynovun evinə keçirdiyi baxış zamanı oradan 1.200 ədəd müxtəlif adda qablaşdırılmış spirtli içki, 120 litr spirt, 80 litr spirtli içki, 1 ədəd araq bağlamaq üçün dəzgah, 6.500 ədəd aksiz markası, 2.000 ədəd araq etiketləri, 10.000 ədəd şüşə qapağı aşkar edilərək götürülmüşdür.
Fakt üzrə cinayət işi başlanmış, istintaq aparılır.