Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

22.04.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
  • 4 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.