Şəmkir rayon Uşaq Xəstəxanasında gözətçi işləyən Ənvər Qarayev bədbəxt hadisə nəticəsində ölmüşdür
22.04.2010Aprelin 19-da Şəmkir rayon Uşaq Xəstəxanasının 2-ci mərtəbəsində aparılan təmir işləri ilə əlaqədar, orada təsərrüfat müdiri işləyən rayon sakini Diləfrüz Məmmədovanın pəncərədən həyətə atdığı dəmir parçası oranın gözətçisi Ənvər Qarayevin baş nahiyəsinə dəymişdir. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Qarayev aprelin 23-də orada ölmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Faktla əlaqədar cinayət işi başlanmışdır.