Gün ərzində 34 cinayət faktı qeydə alınmışdır
12.03.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 34 cinayət faktı qeydə alınmışdır ki, onların da 33-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 52 nəfər tutulmuşdur.