Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

11.03.2006

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kibçatovdan 0,208 qram heroin, 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakıxanov qəsəbə sakini Oqtay Kərimovdan 0,244 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Xocahəsən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zail Muğbilovdan 0,233 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini Emin Abbasovdan 0,232 qram heroin götürülmüşdür. Xaçmaz şəhər sakini Şahin Əlimuradov 0,371 qram heroini könüllü olaraq Xaçmaz RPŞ-yə təhvil vermişdir. Müəyyən edilmişdir ki, o, narkotik vasitəni Krasnı-Xutor kənd sakini Mais Əsgərovdan almışdır. M.Əsgərov tutulmuşdur.