Salyan rayon sakini Roman Axundlunu qətlə yetirməkdə şübhəli bilinən Qorxmaz Qurbanov tutulmuşdur
08.03.2010
Martın 8-də saat 01.00 radələrində Salyan rayonu ərazisindən, rayon sakini Roman Axundlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən rayon sakini Qorxmaz Qurbanov tutulmuşdur.