Sumqayıt şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
08.03.2010Martın 8-də saat 01.20 radələrində, Sumqayıt şəhərinin ərazisində, şəhər sakini Elnur Nəcəfov "Mercedes" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə, E.Nəcəfov və sərnişini, həmyerlisi Bilal Dəmirov aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.