Gün ərzində 53 cinayət faktı qeydə alınmışdır
22.02.2010 Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmışdır ki, onların da 34-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
- 16 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 12 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.