Binəqədi rayon sakini F.Musayevə məxsus binada təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
22.02.2010
Saat 05.45 radələrində, Binəqədi rayonu 3-cü mədən qəsəbə sakini Famil Musayevə məxsus, 1-ci mərtəbəsi kafe kimi istifadə olunan 2 mərtəbəli binada təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir.
Nəticədə 150 kvadratmetr sahədə evin konstruksiyaları dağılmış, oranın gözətçisi, Bakı şəhər sakini Xoşbəxt Babayev isə dağıntılar altında qalaraq ölmüşdür.