Binəqədi rayon sakini İ.İmanova məxsus evdə yanğın baş vermişdir
22.02.2010
Saat 18.20 radələrində Binəqədi rayonu ərazisindəki Baksol yeni yaşayış sahəsində yaşayan İldrım İmanova məxsus 1 mərtəbəli 4 otaqlı evdə yanğın baş vermişdir.
Nəticədə, bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır.
Araşdırmalar aparılır.