2 naməlum şəxs Kamil Fərəcova bıçaqla hədə-qorxu gələrək avtomaşınını ondan almışlar
30.03.2005Saat 19.00 radələrində 2 naməlum şəxs Beyləqan rayonunun Dünyamalılar kəndi yaxınlığında, İmişli rayon sakini Kamil Fərəcova bıçaqla hədə-qorxu gələrək «VAZ 2106» markalı Az 10 FR 608 nömrəli avtomaşınını ondan almışlar. Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətmiş Ağdam rayon sakinləri Yaşar Məmmədov və Elgün İsmayılov tutulmuş, avtomaşın isə sahibinə qaytarılmışdır.