Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakının Binəqədi şossesində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

01.02.2010

Saat 06:40 radələrində Bakının Binəqədi şossesində, Xaçmaz rayon sakini Rasim Seyfullayevin idarə etdiyi “Hilal” Turizm LTD-yə məxsus “Otoyol” markalı və Biləsuvar rayon sakini Ağabala Əhmədovun idarə etdiyi “Trasqeyd” MMC-yə məxsus “Daewoo” markalı avtobuslar toqquşmuşlar.
Nəticədə hər iki sürücü və R.Seyfullayevin sərnişinləri, Bakı şəhər sakinləri Minəxanım Quliyeva, Sabir Zəkəriyəyev və Quba rayon sakini Bünyad Məlikov hadisə yerində ölmüş, xəsarət almış Bakı şəhər sakinləri Namiq Şirinov, Tərzan Aydınov və onun qardaşı Tərlan isə xəstəxanaya yerləşdirilmişlər.
T.Aydınova və Tərlana ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, N.Şirinovun vəziyyəti isə orta-ağırdır. Binəqədi RPİ tərəfindən araşdırmalar aparılır.